Kosova və Fransa arasında beş əməkdaşlıq sazişi imzalanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Sənədlər müxtəlif sahələri əhatə edir.
Razılaşmalardan biri 2030-cu il Aralıq dənizi Oyunları ilə bağlıdır. Bu çərçivədə Fransa Kosovaya 60 milyon avro kredit ayıracaq. Vəsaitin Olimpiya kəndinin tikintisinə yönəldilməsi nəzərdə tutulur. Tərəflər həmçinin fransız dilinin tədrisi, hüquqi yardım və cinayətkarların ekstradisiyası ilə bağlı sənədləri də imzalayıblar. Kosova rəsmiləri Fransanı ölkənin mühüm tərəfdaşı adlandırıblar. Fransa isə bu sazişlərin uzunmüddətli əməkdaşlığa töhfə verəcəyini bildirib. Xatırladaq ki, 2030-cu il Aralıq dənizi Oyunlarına Kosovanın paytaxtı Priştina ev sahibliyi edəcək.
//Nəzər.Media
