Rusiya ilə Şimali Koreya arasında ilk avtomobil sərhəd keçidini təmin edəcək körpünün tikintisi başa çatmaq üzrədir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni keçidin açılışının yaxın vaxtlarda baş tutacağı gözlənilir.
Körpü Tumen çayı üzərində inşa olunub və Rusiyanın Xasan rayonu ilə Şimali Koreyanın Tumangan şəhərini birləşdirəcək. Şimali Koreya öz ərazisində tikinti və sərhəd infrastrukturu işlərini artıq tamamlayıb. Rusiya tərəfində isə son hazırlıq mərhələsi davam etdiyindən açılış tarixi hələ dəqiqləşməyib. Rəsmi açıqlamalarda layihənin ticarət əlaqələrini, yük daşımalarını və turizmi inkişaf etdirəcəyi bildirilir. Bununla yanaşı, bəzi ekspertlər körpünün hərbi logistika baxımından da əhəmiyyət daşıya biləcəyini irəli sürür. Onların fikrincə, avtomobil yolu ilə daşımalar dəmir yolu ilə müqayisədə peyk müşahidəsi ilə izlənilməsi daha çətin olan marşrut yaradır. Bu səbəbdən yeni keçidin Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı daha da gücləndirə biləcəyi ehtimal edilir.
//Nəzər.Media
