ABŞ-ın Viskonsin ştatında qasırğa baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, minlərlə ev işıqsız qalıb.
ABŞ Milli Meteorologiya Xidməti qasırğanın Uinnebaqo bölgəsində qeydə alındığını açıqlayıb. Menaşa rayonunda bəzi evlər və iş yerləri ciddi zərər görüb. Təbii fəlakət nəticəsində 30 mindən çox evdə elektrik enerjisi kəsilib. Rəsmilər hadisə zamanı ölən və ya xəsarət alan olmadığını bildirib. Elektrik təchizatının tam bərpasının bir neçə gün çəkə biləcəyi qeyd olunub.
//Nəzər.Media
