Fransa və İspaniyada meşə yanğınları davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Minlərlə insan təhlükəsizlik məqsədilə təxliyə olunub.
Güclü külək və yüksək temperatur alovun yayılmasını sürətləndirir. Fransanın Bordo şəhəri yaxınlığında minlərlə nəfər düşərgələrdən çıxarılıb. İspaniyada yanğınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb. Alovun Fransadakı raket və raket mühərriki istehsal olunan obyektlərə yaxınlaşdığı bildirilir. Avropa İttifaqı ölkələri yanğınlarla mübarizə üçün əlavə aviasiya və texnika göndərib. Mütəxəssislər bildirirlər ki, Avropa hazırda dünyada ən sürətlə istiləşən qitədir.
//Nəzər.Media
