Aparıcı Günay Baxşəliyeva qızı Dilavərlə istirahət görüntülərini bölüşüb.
Aparıcı övladının 13 yaşının tamam olmasına sayılı günlər qaldığını bildirib. O, qızı ilə bağlı hisslərini sosial şəbəkə hesabında yazıb:
“Bir də baxdım ki, qucağıma sığan balacam artıq boyuma çatıb. Yanımda dayananda zamanın necə sürətlə keçdiyini daha dərindən hiss edirəm. 3 avqusta sayılı günlər qalıb… Mənim Dilavərimin artıq 13 yaşı tamam olur. Allah bütün övladları qorusun”.
Qeyd edək ki, aparıcı Zaur Baxşəliyevlə ailəli olan Günayın bir oğul övladı da var.
//Axsam.az
