Çində maraqlı hadisə yaşanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bir ata sərnişinlərin rəğbətini qazanıb.
O, 8 aylıq körpəsi ilə gecə reysi ilə səfərə çıxıb. Körpənin ağlaya biləcəyini nəzərə alaraq sərnişinlərə qulaq tıxacları paylayıb. Ata əvvəlcədən körpəsinin qalxış və eniş zamanı narahat ola biləcəyini deyərək üzr istəyib. Səfər boyu körpə sakit qalıb və heç ağlamayıb. İstifadə olunmayan qulaq tıxacları isə təyyarə heyətinə təhvil verilib.
//Nəzər.Media
