ABŞ-da Kilauea vulkanı yenidən fəallaşıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, vulkan yenidən lava püskürüb.
Bildirilir ki, bu, 2024-cü ilin dekabrından bəri baş verən 52-ci püskürmədir. Püskürmə zamanı lava təxminən 30 metr hündürlüyə qalxıb. Havay Vulkan Rəsədxanası təhlükə səviyyəsini “izləmə” mərhələsinə yüksəldib. Kilauea dünyanın ən fəal vulkanlarından biri hesab olunur.
//Nəzər.Media
