ABŞ-li müğənni D4vd qətl işi üzrə məhkəmə qarşısına çıxacaq. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, müğənni bir qadını öldürməkdə ittiham olunur.
Los-Ancelesdə keçirilən ilkin məhkəmə iclasından sonra hakim işin məhkəməyə göndərilməsinə qərar verib. Bildirilib ki, təqdim olunan sübutlar bunun üçün kifayət edir. D4vd isə irəli sürülən bütün ittihamları rədd edib.
//Nəzər.Media
