İran yeni zərbə PUA-sını nümayiş etdirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onun xüsusiyyətləri diqqət çəkib.
Bildirilir ki, yeni “Hadid-110” əvvəlki modellərlə müqayisədə daha sürətli və radarlar üçün daha çətin aşkar olunur. Mütəxəssislər hesab edirlər ki, bu sistem hava hücumundan müdafiənin reaksiyasını çətinləşdirə bilər. PUA-nın raket sürətləndiricisi ilə buraxıldığı və 30 kiloqramlıq döyüş başlığı daşıdığı bildirilir. Onun təxminən 354 kilometr məsafəyə qədər uça bildiyi qeyd olunur. Bununla yanaşı, bəzi ekspertlər yeni sistemin təkbaşına qüvvələr nisbətini dəyişdirəcəyini söyləməyin hələ tez olduğunu vurğulayırlar.
//Nəzər.Media
