Rusiya Pavel Durov barədə qərar qəbul edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Durov beynəlxalq axtarışa verilib.
Bildirilir ki, qərar “Telegram”da terror fəaliyyətləri ilə əlaqəli kanalların silinməməsi səbəbindən qəbul olunub. Rusiya Federal Təhlükəsizlik Xidməti Durov barəsində cinayət işi açıldığını açıqlayıb. İddiaya görə, bəzi kanal və çatlardan terror və təxribat fəaliyyətlərinin əlaqələndirilməsi üçün istifadə olunub. Rusiya ilə “Telegram” arasında bu məsələ ətrafında gərginlik davam edir.
//Nəzər.Media
