Türkiyə Kipr məsələsi ilə bağlı mövqeyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rəsmi Ankara BMT-nin səylərini yüksək qiymətləndirib.
Türkiyə bildirib ki, problemin həlli Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında mümkün ola bilər. Xarici İşlər Nazirliyi Rum tərəfinin mövqeyi dəyişmədikcə irəliləyişin çətin olacağını vurğulayıb. Həmçinin köhnə həll modellərinin artıq nəticə vermədiyi qeyd olunub. Ankara Şimali Kipr Türk Cümhuriyyəti və Kipr türk xalqına dəstəyinin davam etdiyini bir daha bəyan edib.
//Nəzər.Media
