Rusiya Ermənistana yeni mesaj verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, mövzu Avropa İttifaqı ilə bağlı olub.
Vladimir Putin Nikol Paşinyanla telefon danışığında referendum keçirilməsini təklif edib. Moskva Ermənistanın Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi İttifaqını seçəcəyini müəyyənləşdirməsini istəyir. Paşinyan isə əvvəlcə Avropa İttifaqına rəsmi üzvlük müraciətinin edilməsinin vacib olduğunu bildirib. Rusiya isə Ermənistanın eyni vaxtda hər iki birlikdə təmsil oluna bilməyəcəyini vurğulayıb.
//Nəzər.Media
