İranda yayımlanan video müzakirə yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verri ki, videoda Donald Trampın ailəsi hədəf alınıb.
Bildirilir ki, kadrlarda ABŞ-nin birinci xanımı Melaniya Tramp barədə təhdid xarakterli ifadələr yer alıb. Videoda onun hərəkət marşrutları və gündəlik həyatı ilə bağlı məlumatlar da göstərilib. Həmçinin müxtəlif sui-qəsd ssenarilərinə istinad edilib. Videonun sonunda Trampın oğlu Barron Trampa yönəlmiş təhdid xarakterli ifadələr səsləndirilib.
//Nəzər.Media
