Netanyahu Vaşinqtonda JD Venslə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşün müsbət şəraitdə keçdiyi bildirilib.
Məlumata görə, tərəflər “Blair House” iqamətgahında bir araya gəliblər. Netanyahu bu gün ABŞ-nin müdafiə naziri Pit Heqsetlə də görüşəcək. Daha əvvəl JD Vensin Netanyahu ilə Donald Trampın görüşünə qarşı çıxdığı barədə iddialar yayılmışdı. Bildirilirdi ki, buna səbəb İran məsələsində Trampa təzyiq göstərilməsinin qarşısını almaq istəyi olub. Vens isə bundan əvvəl İsrail hökuməti ilə əlaqəli şəxslərin ona qarşı kampaniya apardığını iddia etmişdi. O, İsrailin ABŞ siyasətinə təsiri ilə bağlı da diqqətçəkən açıqlamalar vermişdi.
//Nəzər.Media
