Ərdoğan İraqın baş naziri ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüş İraq mətbuatında geniş işıqlandırılıb.
Xəbərlərdə əsas diqqət İnkişaf Yolu Layihəsinə yönəlib. Bildirilib ki, layihə iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək. İraq nəşrləri imzalanan strateji sazişləri də ön plana çıxarıblar. Layihənin ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Mətbuat bu əməkdaşlığın İraq üçün yeni imkanlar yaradacağını qeyd edib. Həmçinin layihənin İraqı regional ticarət və nəqliyyat mərkəzlərindən birinə çevirə biləcəyi bildirilib.
//Nəzər.Media
