İran ABŞ bazasını raketlə vurdu. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bölgədə gərginlik yenidən artıb.
Məlumata görə, hədəf İordaniyadakı ABŞ hərbi bazası olub. Bundan sonra ABŞ və Səudiyyə Ərəbistanı İraqda İranın dəstəklədiyi silahlı qruplara zərbələr endirib. Hücumlar nəticəsində 20 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilir. ABŞ Prezidenti Donald Tramp İrana sərt cavab veriləcəyini bəyan edib. İran isə son hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Baş verən hadisələr bölgədə genişmiqyaslı qarşıdurma riskini daha da artırıb.
//Nəzər.Media
