Şimali Kipr iki dövlətli həlli dəstəklədiyini bildirib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı rəsmi açıqlama yayılıb.
Xarici İşlər Nazirliyi Türkiyənin mövqeyini müsbət qiymətləndirib. Açıqlamada əvvəlki həll modellərinin nəticə vermədiyi vurğulanıb. Bildirilib ki, adada iki xalq və iki ayrı dövlət reallığı mövcuddur. Nazirlik bu reallığın nəzərə alınmadığı heç bir təşəbbüsün uğurlu olmayacağını bəyan edib. Həmçinin Kıbrıs türk xalqının bərabər hüquqlarının və beynəlxalq statusunun tanınmasının vacibliyi qeyd olunub. Açıqlamada yalnız bu prinsiplər əsasında davamlı razılaşmanın mümkün olduğu bildirilib.
//Nəzər.Media
