NATO Türk Ulduzları ilə bağlı paylaşım edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, paylaşımda “Kəskin qanadlar” ifadəsi işlədilib.
Paylaşımda salamlama uçuşunun görüntülərinə yer verilib. Bildirilib ki, uçuş yüksək dəqiqliklə icra olunub. Salamlama uçuşu Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampı qarşılaması zamanı həyata keçirilib. Türk Ulduzları uçuş zamanı qırmızı, mavi və ağ rəngli tüstüdən istifadə edib. NATO bu nümayişi peşəkar uçuş nümunəsi kimi qiymətləndirib.
//Nəzər.Media
