Polşaya naməlum cisim düşüb. Hava hücumundan müdafiə sistemləri dərhal aktivləşdirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Rusiyanın Ukraynanın qərbinə raket hücumları zamanı baş verib.
Polis hadisə yerində təxminən 10 metr diametrində çuxur və naməlum cismə aid qalıqlar aşkarlayıb. Məlumata görə, partlayış səsi yaşayış məntəqələrinin yaxınlığında eşidilib. Baş nazir Donald Tusk hava məkanının pozulduğunu bildirərək əlaqədar qurumların iştirakı ilə təcili iclas keçirib. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə hadisənin Avropanın təhlükəsizliyi üçün ciddi risk yaratdığını vurğulayıb. O, Ukrayna və Polşaya dəstəyin davam etdiriləcəyini bildirib.
//Nəzər.Media
