ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yenidən başlayacağını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşlərin avqustun 3-də keçiriləcəyi bildirilib.
Tramp tərəflər arasında razılaşmanın mümkün olduğuna inandığını deyib. O, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı irəliləyiş gözlədiyini vurğulayıb. ABŞ prezidentinin sözlərinə görə, planlaşdırılan hərbi əməliyyat diplomatik təmaslardan sonra dayandırılıb. Bu arada İsrailin müdafiə naziri Yisrael Kats İrana sərt xəbərdarlıq edib. O, mümkün hücum olacağı təqdirdə İranın ağır zərbə alacağını bəyan edib. Bununla yanaşı, bölgədə gərginliyin azaldılması üçün diplomatik təmaslar davam edir.
//Nəzər.Media
