ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təxminən 5 min ev boşaldılıb.
Yanğınlar nəticəsində 600 iş yeri və digər tikililər yararsız vəziyyətə düşüb. Alovlar Spokane şəhəri yaxınlığında 21 kvadratkilometr ərazini külə çevirib. Yanğını hələ də nəzarət altına almaq mümkün olmayıb. Hadisə nəticəsində indiyədək ölən olmayıb. Qonşu Aydaho və Oreqon ştatlarında da meşə yanğınları davam edir. Yanğınsöndürənlər helikopterlər və ağır texnika ilə alovun qarşısını almağa çalışırlar.
//Nəxər.Media
