Yunanıstanda yanğınsöndürmə helikopterləri havada toqquşub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Qəza Afina yaxınlığındakı meşə yanğınına müdaxilə zamanı baş verib.
Hadisə zamanı 2 nəfər ölüb. Daha 2 ekipaj üzvü yüngül xəsarətlə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbi araşdırılır.
Bu arada ölkə ərazisində 73 aktiv meşə yanğını davam edir. Yanğınlar əsasən Krit adası, Paros adası və digər bölgələrdə geniş əraziləri əhatə edib. Güclü külək və isti hava yanğınların söndürülməsini çətinləşdirir.
//Nəzər.Media
