Rusiya Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zərbə reaktor binasının yaxınlığında endirilib.
“Rosatom”un məlumatına görə, hücum stansiyanın əməkdaşlarının istifadə etdiyi keçidə yönəlib. Hadisə zamanı partlayış baş vermədiyi qeyd olunub. Rusiya tərəfi stansiyanın təhlükəsiz rejimdə fəaliyyətini davam etdirdiyini bildirib. Eyni zamanda, enerji təchizatı ilə bağlı risklərin qalmaqda olduğu vurğulanıb. “Rosatom” Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossini stansiyaya səfər etməyə çağırıb. Moskva hücuma görə Ukrayna Silahlı Qüvvələrini məsuliyyət daşıdığını iddia edib.
//Nəzər.Media
