Ermənistanda parlamentin yeni sədri müəyyənləşib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu vəzifəyə Ruben Rubinyan seçilib.
O, parlamentdə keçirilən səsvermədə 63 deputatın dəstəyini qazanıb. Ruben Rubinyan Türkiyə ilə normallaşma danışıqlarında Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. Seçildikdən sonra bütün deputatların sədri olmağa çalışacağını bildirib. O, həm iqtidar, həm də müxalifətlə əməkdaşlığa hazır olduğunu deyib. Rubinyan daha əvvəl Türkiyəyə səfəri zamanı Azərbaycan oxucularına tanış olan Adana kababını bəyəndiyini söyləməsi ilə də gündəmə gəlmişdi.
//Nəzər.Media
