ABŞ ordusunun itkiləri ilə bağlı yeni hesabat yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sənəddə yüzlərlə hərbçinin yaralandığı bildirilib.
Məlumata görə, İranın hücumları nəticəsində çox sayda hərbçi kəllə-beyin travması alıb. Hesabatda ən azı 170 hərbçinin bu cür xəsarət aldığı qeyd olunub. ABC telekanalı isə ümumilikdə 653 hərbçinin yaralandığını bildirib. Yaralananlar arasında yüksək rütbəli zabitlərin də olduğu vurğulanıb. Hesabatda bu itkilərin müharibənin ən ağır nəticələrindən biri olduğu qeyd edilib.
//Nəzər.Media
