ABŞ-da FTB agenti barəsində cinayət işi açılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, kriptovalyuta mənimsədiyini etiraf edib.
İstintaqa görə, agent Patrik Yaroç xidməti məlumatlardan istifadə edərək şübhəliyə məxsus hesabdan təxminən 1 milyon dollara yaxın kriptovalyuta köçürüb. O, sonradan əməlindən peşman olduğunu və bunu etiraf etmək istədiyini bildirib. Araşdırma zamanı agentin rəqəmsal cüzdanında təxminən 1 milyon dollar dəyərində kriptovalyuta aşkar edilib. Hadisədən sonra FTB onun vəzifəsinə xitam verib və araşdırmanı davam etdirir. İstintaq materiallarında agentin ChatGPT-də erkən təqaüd və təxminən 1 milyon dolların necə investisiya edilə biləcəyi barədə axtarışlar apardığı da yer alıb. Bu məlumatlar da sübut kimi cinayət işinə əlavə edilib.
//Nəzər.Media
