ABŞ Braziliya səfirinin vizasını ləğv edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar diplomatik gərginlik fonunda verilib.
Söhbət Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeiro Viottidən gedir. Vaşinqton qərarın qarşılıqlılıq prinsipinə əsaslandığını açıqlayıb. ABŞ bunu Braziliyanın amerikalı diplomatlara viza verməməsi ilə əlaqələndirib. Bildirilib ki, Braziliya lazımi addımları atarsa, qərar geri götürülə bilər. Bununla yanaşı, səfirin ABŞ-dən çıxarılmadığı qeyd olunub.
//Nəzər.Media
