ABŞ Hörmüz boğazı ilə bağlı yeni açıqlama yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, boğazın açıq olduğu bildirilib.
ABŞ Mərkəzi Komandanlığı ticarət gəmilərinin hərəkətinin davam etdiyini açıqlayıb. Bildirilib ki, son üç ayda mindən çox gəmi boğazdan təhlükəsiz keçib. Açıqlamada bu prosesə ABŞ qüvvələrinin dəstək verdiyi vurğulanıb. Qeyd olunub ki, hazırda da gəmilərin keçidi fasiləsiz davam edir. ABŞ tərəfi İranın hərəkətlərinə baxmayaraq, gəmiçiliyin təmin edildiyini bəyan edib.
//Nəzər.Media
