Kiyev gecə saatlarında raket hücumuna məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhərdə həyəcan siqnalı verilib.
Şəhər meri Vitali Kliçko hücumun ballistik raketlərlə həyata keçirildiyini bildirib. Müxtəlif rayonlarda yanğınların baş verdiyi açıqlanıb. Hücum nəticəsində anbarlara ziyan dəyib. Müəssisələrdən birində ammonyak sızması qeydə alınıb. İlkin məlumata görə, bir nəfər ölüb, 12 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.
//Nəzər.Media
