• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Anam ayda 3 kitab oxuyurdu, indi Tik-tok-a baxır…”

05 Avqust, 26 / 12:06
A A
“Anam ayda 3 kitab oxuyurdu, indi Tik-tok-a baxır…”

“Son vaxtlaracan 85 yaşlı anam hər ay 3 kitab oxuyurdu. Sonra qardaşım onun telefonuna TikTok proqramı yüklədi. İndi anam 3 aya bir kitab oxuyur. Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə TikTok-un videolarına baxır. Suallar da verir. Deyirəm, ana, qulaq asma, danışdıqları yalandır, saxtadır. Amma görürəm, yox, mənə şübhə ilə yanaşır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, tanınmış şair Rəşad Məcid bildirib. O, fikirlərinə belə davam edib:

“Bir-iki dəfə anamdan telefonu alıb TikTok-un videolarına mən də baxmışam. Tam bir bayağılıq – primitiv məlumatlar, düşük zarafatlar, şit lağlağılar… İndi biz bu bayağılığa, primitivliyə məğlubmu olacağıq? Türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırır. Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır – nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür!” Marqarita pizza

R. Məcid çıxış yolunu nədə gördüyünü də açıqlayıb:

“Bəs neyləməli? Dövrün vəbasına çevrilən bu tendensiyaya məğlubmu olmalı, onunla barışmalımı? Kitabın, qəzetin, mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə, seçim azadlığının yırtıcı alqoritmlərin əsirinə çevrilməsinə seyrçimi qalmalı? Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?”

Previous Post

ABŞ-də ishal epidemiyası böyüyür

Next Post

“İnsan yaşa dolduqca yorulur”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.