ABŞ-də ishal epidemiyası genişlənir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xəstəlikdən iki nəfər ölüb.
Rəsmi məlumatlara görə, yoluxma halları onlarla ştatda qeydə alınıb. Təsdiqlənmiş yoluxmaların sayı 4 mindən çoxdur. Şübhəli hallarla birlikdə bu rəqəm 11 min 500-ü ötür. Mütəxəssislər yoluxmanın çirkli qida və ya sudan yayıldığını bildirirlər. Federal qurumlar bəzi halların Meksikadan gətirilən kahı ilə əlaqəli ola biləcəyini açıqlayıblar. Araşdırmalar davam edir.
//Nəzər.Media
