Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker “Bəniz” ləqəqbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
//milli.az
