Səudiyyə Ərəbistanı yeni təşəbbüslə çıxış edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Qırmızı dənizdə təhlükəsizlik gücləndiriləcək.
Bildirilib ki, çoxmillətli dəniz müdafiə koalisiyası yaradılacaq. Yeni qurum Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndəb boğazında fəaliyyət göstərəcək. Məqsəd dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir. Koalisiyanın qərargahı Səudiyyə Ərəbistanında yerləşəcək. Rəsmi Ər-Riyad bu addımın bölgədə müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəyini açıqlayıb.
//Nəzər.Media
