Macarıstanda güclü istilər davam edir.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Budapeştdə yeni temperatur rekordu qeydə alınıb.
Paytaxtda havanın temperaturu 41,1 dərəcəyə çatıb. Bu göstərici şəhər tarixində indiyədək qeydə alınan ən yüksək temperatur hesab olunur. Güclü istilər su və enerji sistemlərinə də mənfi təsir göstərib. Ölkənin yüzlərlə yaşayış məntəqəsində sudan istifadəyə məhdudiyyət tətbiq edilib. Hakimiyyət əhalini suya və elektrik enerjisinə qənaət etməyə çağırıb.
//Nəzər.Media
