Yunanıstanda Qərbi Nil virusuna yoluxma artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yoluxanların sayı 65-ə çatıb.
Son bir həftədə daha 23 yeni yoluxma halı qeydə alınıb. Bildirilir ki, yeni xəstələrin əksəriyyətində ağır əlamətlər müşahidə olunub. Bu il virus səbəbindən 4 nəfər həyatını itirib. Səhiyyə qurumları əhalini ağcaqanad sancmalarından qorunmağa və profilaktik tədbirlərə əməl etməyə çağırıb.
//Nəzər.Media
