Suriyanın paytaxtı Şamda güclü partlayış baş verib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisədə ölən və yaralananlar var.
Məlumata görə, Ceramana rayonunda sərnişin mikroavtobusuna yerləşdirilən partlayıcı işə düşüb. İlkin məlumata əsasən, partlayış nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisədən sonra paytaxtdakı tibb müəssisələrində yüksək hazırlıq rejimi tətbiq edilib.
//Nəzər.Media
