Tayvan müdafiə planını dəyişir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ukrayna təcrübəsi əsas götürülür.
Taypey Çinin mümkün hücumuna qarşı yüz minlərlə pilotsuz uçuş aparatı hazırlamağı planlaşdırır. Məqsəd Çin qüvvələrinin sahilə çatmasına imkan verməməkdir. Bunun üçün pilotsuz aparat, raket və artilleriya qüvvələri birlikdə istifadə ediləcək. Tayvan 2030-cu ilədək ayda 100 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır. Ada rəhbərliyi internetin kəsilməsi ehtimalına qarşı da xüsusi təlim keçirir. Həmçinin rabitəni qorumaq üçün peyk sistemlərinə yatırım edilir.
//Nəzər.Media
