Köpəkbalıqları alimlərə kömək edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onlar xüsusi sensorlarla təchiz edilib.
Sensorlar okeanın temperaturunu, duzluluğunu və dərinliyini ölçür. Köpəkbalıqları səthə çıxdıqda məlumatları peyklərə ötürür. Bu məlumatlar fırtınaları gücləndirən su qatındakı dəyişiklikləri göstərir. Alimlər bununla qasırğaların gücünü daha dəqiq hesablaya bilir. Araşdırma ABŞ-ın şərq sahillərində aparılır. Mütəxəssislər bu üsulun erkən xəbərdarlıq sistemlərini gücləndirəcəyini bildirirlər.
//Nəzər.Media
