Avstriya kansleri Türkiyəyə gedəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kristian Ştoker bu gün Ankarada olacaq.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək. Görüşlərdə iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Tərəflər əməkdaşlığın inkişafı üçün atılacaq addımları nəzərdən keçirəcəklər. Həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
//Nəzər.Media
