Rusiya və Suriya razılaşıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, razılaşma hərbi bazalara aiddir.
Tərəflər Hmeymim və Tartusdakı Rusiya bazalarının gələcəyini müəyyənləşdirib. Hmeymim hava limanı və Tartus limanındakı bir rıhtım mərhələli şəkildə mülki idarəyə veriləcək. Rusiya hərbi obyektlərinin isə birgə təlim və hazırlıq mərkəzlərinə çevrilməsi planlaşdırılır. Dəyişikliklərin ən çox üç ay ərzində tamamlanması nəzərdə tutulur. Rusiya bu bazaları 2015-ci ildə Bəşər Əsəd hökumətinin tələbi ilə yaradıb. Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra tərəflər bazaların gələcəyi ilə bağlı danışıqlara başlayıb.
//Nəzər.Media
