İraqda İŞİD-ə qarşı hava hücumları keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat Kərkükdə həyata keçirilib.
Təhlükəsizlik qüvvələri terrorçuların bölgədə olduğunu müəyyən edib. Bunun ardından ərazi havadan kəşfiyyat edilib. Hava hücumu zamanı 8 sığınacaq məhv edilib. Əməliyyatın dəqiq kəşfiyyat məlumatları əsasında keçirildiyi bildirilib.
//Nəzər.Media
