Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkədən olan həmkarı ilə telefonla danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan Fransa və Almaniya rəsmiləri ilə danışıqlar aparıb.
Fidan əvvəlcə Fransa xarici işlər naziri Jan-Noel Barro ilə danışıb. Daha sonra Almaniyanın xarici işlər naziri İohan David Vadeful ilə telefon əlaqəsi saxlayıb. Görüşlər zamanı bölgədəki son hadisələr müzakirə olunub. Tərəflər regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.
//Nəzər.Media
