Nigeriyada difteriya yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, virus Niger əyalətində yayılıb.
Virus Bida, Suleja və Şiroro bölgələrində aşkarlanıb. Bölgədə 124 difteriya hadisəsi qeydə alınıb. Onlardan 103 nəfər xəstəxanadan evə buraxılıb.Xəstəlik 17 nəfərin ölümünə səbəb olub.
Səhiyyə rəsmiləri əhalini tədbir görməyə çağırıblar.
Qeyd edək ki, Difteriya yoluxucu xəstəlikdir və ölümə səbəb ola bilər.
//Nəzər.Media
