Hakan Fidan Liviyadan danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan ölkənin birləşməsini dəstəkləyib.
Fidan bildirib ki, Liviyanın şərqində və qərbində birləşməyə böyük dəstək var. Onun sözlərinə görə, Türkiyə hər iki tərəflə bərabər münasibətlər saxlayır. Fidan Türkiyənin vasitəçi rolunu davam etdirəcəyini vurğulayıb. O, ölkənin birləşməsinin bölgəyə və Afrika qitəsinə böyük fayda verəcəyini deyib. Fidan Türkiyənin Liviyadakı iqtisadi və siyasi əməkdaşlığının da gücləndiyini qeyd edib.
//Nəzər.Media
