Avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələ 52 mindən çox insana təsir edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölənlərin sayı 265-ə çatıb.
Zəlzələ nəticəsində 3 494 nəfər yaralanıb, 496 nəfər isə itkin düşüb. Beş şəhərdə qırmızı xəbərdarlıq rejimi davam edir. Ən çox zərər görən şəhərlərdə axtarış-xilasetmə işləri aparılır. Zəlzələdə evlərini itirən ailələrə kirayə dəstəyi veriləcəyi açıqlanıb.
//Nəzər.Media
