Yəməndə döyüşlər baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İranın dəstəklədiyi husilər ordu qüvvələri ilə toqquşub.
7 husinin öldüyü açıqlanıb. Ölənlərdən 6-sı Əmran vilayətində dəfn edilib. Husilər ordu qüvvələrinə artilleriya atəşi ilə cavab verib. Toqquşmalar Təiz və Ləhic vilayətlərində də davam edib.
//Nəzər.Media
