Fransada təhlükə artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, 50 vilayətdə narıncı xəbərdarlıq elan edilib.
Ölkədə rekord isti hava davam edir. Bəzi bölgələrdə temperaturun 40 dərəcəyə çatacağı gözlənilir. Pas-de-Kale bölgəsindəki yanğın hələ nəzarətə alınmayıb və 180 hektar ərazi zərər görüb. İll-et-Vilendə isə 200 hektar ərazi yanıb və 96 nəfər təxliyə edilib.
//Nəzər.Media
