Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına gedib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Yaponiya buna etiraz edib.
Tokio səfəri kəskin şəkildə pisləyib. Yaponiya hökuməti adaların tarixi və beynəlxalq hüquqa görə öz ərazisi olduğunu bildirib. Putin Kuril adalarının cənubundakı İturup adasını ziyarət edib.
Qeyd edək ki, Kuril adaları 1945-ci ildə Sovet İttifaqının nəzarətinə keçib.
//Nəzər.Media
