Kilauea vulkanı püskürüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Havay adasında baş verib.
Bu vulkanın 53-cü püskürmədir. Püskürmə zamanı lava 150 metr yüksəkliyə qalxıb. Lava axını Havay Vulkanları Milli Parkındakı zirvə krateri ilə məhdudlaşıb.
Qeyd edək ki, Vulkanın 2018-ci ildəki püskürmələri isə 700-dən çox evi dağıtmışdı.
//Nəzər.Media
