ABŞ-da hərbi helikopter düşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib.
“AH-64 Apache” tipli helikopter boş əraziyə çırpılıb. Qəza nəticəsində ərazidə meşə yanğını başlayıb. Hadisə zamanı İki pilot həlak olub. Ətrafdakı bəzi evlər ehtiyat tədbiri olaraq boşaldılıb və hadisə ilə bağlı araşdırma başlanıb.
//Nəzər.Media
